Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda ev adı altında tikilən ticarət mərkəzinin əsl sahibi kimdir? 

Bakı və Abşeron rayonlarında son illər daha da çoxalan qanunsuz tikililər barədə tv və digər mətbuat orqanlarında daim xəbərlər verilib...

Şəhərsalma qanununa uyğun olmayan, ekoinşaat prinsiplərinə zidd olan bu tikililər təəssüflər olsun ki, dövlət qurumlarının balansında olan torpaq sahələrini, magistral yolların ehtiyat zolaqlarını da zəbt edə bilib.

Bakı şəhərinin Baş Planının hazırlanması yenidən qanunsuz tikilililəri gündəmə gətirib.

AzFakt.com bu cür qanunsuz tikililərdən birini - Abşeron rayonunda Xırdalan dairəsinin kənarında tikilən ticarət mərkəzi barədə dəfələrlə məlumat dərc edib.

Qeyd edək ki, Xırdalan dairəsinin kənarında inşa edilən ticarət mərkəzi əslən Naxçıvandan olan Fərzəliyev Bəhruz İsfəndiyar oğlunun adına inşa edilib.

Burada ciddi qanun pozuntusu tikinti obyektinin funksiyası barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazədədir.

Belə ki, sözügedən ticarət mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alınıb.

Obyektin ümumi sahəsi 16.549 (m2), mərtəbə sayı ikidir.

AzFakt.com saytı olaraq sözügedən ticarət obyekti barədə yenidən jurnalist araşdırması apardıq.

Araşdırmamız zamanı məlum oldu ki, dövlət Komitəsinin rəsmi sənədində fərdi ev kimi reyestrə alınan obyekt Bəhruz Fərzəliyevin İsfəndiyar oğlunun adına sənədləşdirilsə də, obyektin əsl sahibi Allahverdiyev Elçin Mürvət oğludur.

Biznes fəaliyyəti ilə məşğul olan Elçin Allahverdiyevin Abşeron rayon İcra Hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslərdən biri ilə xüsusi münasibətlərinin olduğu deyilir.

Əldə etdiyimiz son məlumata görə hazırda qanunsuz inşa edilən ticarət mərkəzində son tamamlama işləri gedir.

Həmçinin obyektin sənədlərini yoxlamağa gələn aidiyyatı dövlət qurumlarının nümayəndələrinin qarşısına çıxarmaq üçün bir neçə şəhid ailəsi və qazinin də obyektdə işə götürülməsi planlaşdırılır.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun 2023-cü ilin dekabr ayının 30-da “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiqləməsindən sonra BakıAbşeron magistralının kənarında inşa edilən xeyli sayda obyektlərin söküləcəyi barədə məlumatlar yayılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay